AZ

Sənan Süleymanov: “Paris-2024-dən sonra boşluq hiss edirdim, özümə gələ bilmirdim”

“Zədələrim tam sağalmayıb. Ayaq əzələm qopmuşdu. O da yavaş-yavaş düzəlir”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarından da öncə zədələnən 28 yaşlı idmançı artıq hazırlıqlara başlayıb. Süleymanov bildirib ki, Olimpiadadan sonra 2 ay Gürcüstanda istirahət edib: “Daha çox fərdi məşqlərə üstünlük verir, özümü qorumağa çalışıram. Yeni ildə ilk çıxış edəcəyim yarış yəqin ki, yanvarda Xorvatiyada keçiriləcək reytinq turniri olacaq”.

Süleymanov Fransa paytaxtında fəxri kürsüyə yüksələ bilməməsinin hələ də əziyyətini çəkdiyini deyib: “Oyunlardan 1 həftə əvvəl zədələnməyim medal qazanmağıma mane oldu. Ona görə Olimpiada mənim üçün çox ağır mövzudur. Paris-2024-dən sonra çox dərin boşluq hiss edirdim. Özümə gələ bilmirdim. Çünki orda hər kəsi məğlub etməyə hazır idim. Amma insan buna da öyrəşir”.

Qeyd edək ki, Süleymanov Olimpiya Oyunlarında 3-cü yer uğrunda qarşılaşmada Akjol Mahmudova (Qırğızıstan) uduzaraq 5-ci yeri tutub.

Emin Ağa
İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr