İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərdiyini bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun açıqlamaları ofis tərəfindən noyabrın 5-də Telegram kanalında dərc olunub.
Hökumət başçısı bu vəzifəyə İsrailin xarici işlər naziri İsrael Katsı təyin edəcəyinə işarə edib.
Qeyd edək ki, Yoav Qalant 29 dekabr 2022-ci ildən müdafiə naziri vəzifəsini icra edirdi.
QAZİLER.AZ