AZ

30 yaş sindromu, yoxsa kişilərin yetərsizliyi? - Ekspert danışır

Dövrümüzün qlobal problemlərindən biri 30 yaşını haqlamış kişilərin evlənməkdən qaçmaları ilə bağlıdır.

Hazırda cavan insanların dilindən yalnız xaricə köçmək, evlənmək istəməmək kimi ifadələr eşidirik. 

Bunun səbəbi nədir? Niyə kişilər evlənmək istəmir?

Bu barədə Hit.az-a açıqlama verən sevgi münasibətləri üzrə psixoloq Lətifə Qaraqız deyib ki, 30 yaş və üstü kişilərin evlilikdən soyuma səbəbləri yetərsizliklə bağlıdır:

“Kişilərin evlilik üçün başlıca planları qadınlardan fərqli olur. Çünki, onlar öncə ev, maşın almaq, özünə iş qurub , sonra evlənməyi düşünürlər. Amma zaman keçib, yaş artıqca bunu edə bilməyən kişilər özlərini dəyərsizləşdirir. Bununla da evlilikdən soyuyur, düşüncələrini başqa məsələlərə yönəldirlər. 

Bunun digər səbəbi də valideynlərin övladlarını əl üstündə böyütməsidi. Çünki, zaman keçdikcə oğlan uşaqlarını qız kimi böyütməyə başlayırlar. O vaxt bizim zamanlarda evdə oğlan uşağı olanda qızı çörək almağa göndərmirdilər. Amma indi isə zaman dəyişib.  Oğlanlar evdə ola-ola, qızları çörək almağa, mağazaya göndərirlər. Bunların hamısı gələcəkdə belə problemlərə yol açır. Yaş artıqca məsuliyyət üzərinə götürdükcə , oğlanlar bundan qaçır. Özlərinə rahat olan tərəfləri seçirlər”. 

Murad

Seçilən
27
hit.az

1Mənbələr