AZ

Tacikistanda ən qədim insan məskəni aşkar edilib

İsrailin Yəhudi Universitetinin və Tacikistan Elmlər Akademiyasının arxeoloqları Mərkəzi Tacikistanda Zərafsan vadisində mühüm çoxqatlı arxeoloji abidəni aşkar ediblər.

İqtisadiyyat.az xəbər verir ki, tədqiqat "Antiquity" jurnalında dərc edilib.

Soyii Havzak (Soii Havzak) abidəsindən əldə olunan tapıntılar, bu bölgədə 20 min ilə 150 min il əvvəl arasında qədim insan məskəninin mövcudluğuna dair əhəmiyyətli sübutlar təqdim edir. Aşkar olunan daş alətləri, heyvan sümükləri və qədim bitki qalıqları, Mərkəzi Asiyanın erkən miqrasiyalarda və insan sivilizasiyasının inkişafında açar rolunu təsdiqləyir.

Arxeoloqlar Soyii Havzakın üç hissəsində qazıntılar aparıblar və insan fəaliyyətinin izlərini göstərən qatlar aşkar ediblər. Müasir metodlar və diqqətli analiz, kömürləşmiş taxta və sümükləri daxil olmaqla, orqanik materialların qorunmasına və aşkarlanmasına imkan tanıyıb. Bu da qədim dövrlərin iqlimini bərpa etməyə kömək edib.

Məlum kəşf Mərkəzi Asiya bölgəsində hansı insan növünün yaşadığını - müasir Homo sapiens, neandertallar və ya denisovalıları müəyyən etməyə kömək edəcək insan qalıqlarının tapılması üçün imkanlar təqdim edir.

Soyii Havzakın dağlıq dəhlizdə yerləşməsi, müxtəlif insan qruplarının miqrasiyası üçün mühüm bir marşrut olaraq xidmət edə bilərdi ki, bu da onların mümkün qarşılıqlı əlaqələrini izah edir. Soyii Havzakda qazıntılar davam edəcək və alimlər komandası, yeni nəticələrin Mərkəzi Asiyada miqrasiyaların prosesləri və insanların qarşılıqlı əlaqələri haqqında daha çox anlayışa kömək edəcəyini ümid edir.

Seçilən
40
iqtisadiyyat.az

1Mənbələr