Bakı. Trend:
İsrail hərbçiləri oktyabrın 1-dən etibarən Livanın cənubundakısərhəd bölgələrində hava və quru əməliyyatları həyata keçirərək 29şəhər və qəsəbəni tamamilə dağıdıblar.
Trend xəbər verirki, bu məlumatı Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzetiyayıb.
Məlumata görə, Ras əl-Nakuradan Şebaya qədər uzanan 120kilometrlik sərhəd xətti boyunca yerləşən yaşayış məntəqələrinədaxil olan İsrail xüsusi təyinatlıları bir ay ərzində çoxlu saydaevləri minalayaraq partladıb.
Mütəxəssislərin hesablamalarına görə, bombardmanlar nəticəsindəLivanın cənubunda ümumilikdə 25 min yaşayış evi dağılıb. Hərbianalitik general Həsən Couni "Asharq al-Awsat" qəzetinəaçıqlamasında bildirib ki, İsrailin bu addımları “Livan ərazisinin3-5 kilometr dərinliyində cansız bir bufer zonası yaratmaqniyyətini” ortaya qoyur.
Ekspertlər Livana dəyən ümumi zərərin 20 milyard dollarcivarında olduğunu qiymətləndirirlər.