AZ

Tesla Android və iOS-suz smartfon buraxa bilər

Amerikalı sahibkar Elon Mask “Tesla”nın hazırda öz smartfonunu buraxmağı planlaşdırmadığını bildirib. Bununla belə, Mask, “Apple” və “Google” tərəfindən məcbur ediləcəyi təqdirdə bunu edə biləcəyini də istisna etməyib. O, bu barədə müsahibəsində deyib.

 

Sfera.az bildirir ki, Elon Maskın fikrincə, “Tesla” telefonunun bazara çıxması “Apple” və “Google” kimi şirkətlərin siyasətindən asılıdır.

 

Elon Mask avtomobil istehsalçısının proqram təminatına işarə edərək, “Tesla”nın digər şirkətlərə nisbətən Android və ya iOS olmayan smartfonlar yaratmaq üçün daha yaxşı vəziyyətdə olduğunu bildirib.

 

"Ancaq biz məcbur edilmədikcə və ya buna bənzər bir şey olmadıqca bunu etmək istəmirik" - deyə Mask bildirib.

 

Elon Mask “Tesla” Telefonunun bazarda görünə biləcəyi şərtləri də sadalayıb. Onun sözlərinə görə, bu, “Apple” və “Google”un siyasətindən asılıdır.

 

"Əgər “Apple” və “Google” Android sistemini kəssəydi, bilmirəm, proqramlara senzura tətbiq etsəydi və ya sadəcə olaraq, həqiqətən də pis bir şəkildə idarəçi olsa idi, məncə, biz bir telefon istehsal edərdik" - deyə sahibkar iddia edir.

 

Aysel 

Sfera.az 

Seçilən
23
sfera.az

1Mənbələr