Fransa prezidenti Emmanuel Makron Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə qazax dilində müraciət edərək onu hörmətli dost adlandırıb.
Fransa lideri müraciətini X sosial şəbəkə səhifəsində paylaşıb.
“Xoş gəlmisiniz, əziz tərəfdaş, əziz dost. Sizin dövlət səfərinizlə biz Qazaxıstan və Fransanı birləşdirən dərin dostluğu qeyd edirik”.
Noyabrın 5-də Qazaxıstan Prezidentinin Fransaya ikigünlük dövlət səfəri başa çatıb.
Şahanə Rəhimli
Musavst.com