COP-29 hələ ötən ilin noyabrından etibarən dünya mediasının gündəmindədir. Uzun müddətdir KİV və məşhur media agentlikləri COP 29-u xüsusi maraqla izləyir.
Sfera.az bildirir ki, bu dəfə “Euronews” kanalında COP-29 haqqında xüsusi buraxılış təqdim olunub. Həmin buraxılışı təqdim edirik:
COP-29 konfransına son hazırlıqlar tamamlanmaq üzrədir. Hər kəsi məmnuniyyətlə salamlayırıq. Hər kəsi Bakıda görməyə hazırıq və səbirsizliklə gözləyirik.
Bir milyon yarım insanın yaşadığı Azərbaycanın paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası olan COP-29-un çoxsaylı iştirakçılarını qarşılamaq üçün fəal hazırlıqlar gedir. COP yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və ölkələrə öz milli iqlim öhdəliklərini yeniləmək üçün qlobal çağırış daxil olmaqla, gündəliyə fəaliyyət üçün maliyyə konfransı kimi təqdim olunur.
COP-29 Azərbaycanın ən böyük stadionu olan Bakı Olimpiya Stadionunda keçiriləcək. Konfrans üçün xüsusi olaraq 112 min kvadratmetr sahəsi olan müvəqqəti tikili tikilib.
İki həftə ərzində 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçı, həmçinin 100 prezident, baş nazir və dövlət nümayəndələri Bakıya gələcək. Burada iki zona fəaliyyət göstərəcək. Mavi Zona UNF-nin tam nəzarəti altındadır, Yaşıl Zona isə ictimaiyyət üçün açıq olan COP tərəfindən idarə olunur. Qeyd edək ki, Bakı beynəlxalq tədbirlər üçün yad deyil. Burada Avropa və Olimpiya Oyunları, “Eurovision” və “Formula 1” yarışları keçirilib.
Hər bir beynəlxalq tədbir strateji əməliyyat və logistik fəaliyyət planı tələb edir.
Yüksək rütbəli məmurların, eləcə də bütün iştirakçıların təhlükəsizliyi Azərbaycan hakimiyyəti üçün bir nömrəli öhdəlikdir.
Bütün lazımi təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşlarının sayı artırılıb və tam təhlükəsizliyi təmin etmək üçün ağıllı müşahidə sistemi texnologiyasından istifadə edilib.
Səyahət və turizmin qlobal ÜDM-ə töhfəsi 9 trilyon 100 milyard avrodur. COP-29 Azərbaycanın bu sahənin potensialından yararlanması üçün bir fürsətdir.
Bütün dünya təcrübələrindən də göründüyü kimi, bir çox ölkələr öz iqtisadiyyatlarının vektorunu turizm sənayesinə doğru dəyişirlər. Onlar digər sektorlardan əldə etdikləri vəsaiti turizmə yatırırlar. Azərbaycan da belə ölkələrdəndir. Mədəniyyət, qastronomiya və ekoturizm baxımından bizim böyük turizm potensialımız var.
COP-29 konfransının nümunəsindən istifadə edərək, bu sektora investisiya qoymaqda maraqlı olduğumuzu göstəririk.
COP-29 məqsədi iqtisadi artımı stimullaşdırmaq və daha çox biznesi yaşıl keçid etməyə təşviq etməkdir.
“Yaşıl keçid” haqqında danışarkən bütövlükdə yeni iqtisadiyyat növlərini nəzərdə tuturuq. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun rolu mühümdür. Bu çox vacib faktordur, çünki özəl sektorlar texnologiya, innovasiya ilə müşayiət olunur. Bu da öz növbəsində, istehlakçı davranışına da təsir edir, ona görə də özəl sektorla əməkdaşlıq etmək vacibdir. Yaşıl keçid riskləri özündə əks etdirir və əlverişli fürsətlər təqdim edir.
Bütün kateqoriyalara fərdi yanaşma vacibdir.
Bakının əsas hava limanı gücləndirilmiş iş rejimində işləyir. Gözlənilən qonaq axınını təmin etmək üçün bütün şəhərdə əlavə mehmanxana yerləri yaradılıb. Bu, turistlərə ölkə haqqında daha çox məlumat əldə etmək üçün də yaxşı fürsətdir.
Ölkəmiz hər kəsin kəşf etmədiyi bir xəzinədir. Görüləsi çox şey, zəngin tarix, çox gözəl yerlər var. Doqquz iqlim qurşağında qışda dağlarda xizək sürə, yayda isə dənizdə üzə bilərsiniz.
Bütün gözlər Bakıya çevrilib və əminliklə demək olar ki, Bakı COP- 29-u keçirməyə tam hazırdır.
Xanım
Sfera.az