AZ

Ukrayna Rusiyanın nüvə anbarlarını vura bilərmi?

...Ukraynanın uzun mənzilli pilotsuz təyyarə və raketləri Rusiyanın çoxlu sayda nüvə anbarına hücum edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu ölkənin nüvə arsenalının təqribən üçdə biri “qeyri-müəyyən vəziyyətdədir.

Yeri gəlmişkən, bu barədə“Foreign Affairs” nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın təqribən 5580 nüvə başlığının təxminən 30 faizi Ukraynanın uzaqmənzilli silahlarının uçuş məsafəsi daxilində olan ərazilərdə saxlanılır.

...Jurnalistlər qeyd ediblər ki, Ukrayna pilotsuz uçan aparatları artıq Moskvaya çatdığı üçün onların uçuş məsafəsində Rusiyanın ən azı 14 nüvə anbarı da var.

Onların arasında ən azı ikisi Ukrayna ilə sərhəddən 160 kilometrdən az məsafədə, digər beşi isə Ukrayna ilə sərhəddən 320 kilometrdən az məsafədə yerləşir.

...“Foreign Affairs” qeyd edir ki, Rusiyanın ölkənin qərb hissəsində öz nüvə arsenallarını lazımi qaydada təmin etmək istəməməsi “böyük təhlükə yaradır”.

Jurnalistlərin təklif etdiyi kimi, Rusiya bir neçə səbəbə görə nüvə arsenalını sərhəddən uzaqlaşdırmaqdan imtina edə bilər. Bunlardan biri Rusiya liderı Vladimir Putinin zəiflik nümayiş etdirmək istəməməsi, ikincisi isə Rusiya rəhbərliyinin bu cür döyüş başlıqlarının saxlanmasının təhlükələri barədə məlumatlı olmamasıdır.

...İddialara görə, nüvə raketləri texniki xidmət üçün daşınarkən xüsusilə həssas olur. Onlar, adətən, dəmir yolu məntəqələrinə göndərilir.

Əli Babayev

Seçilən
32
sia.az

1Mənbələr