AZ

"Qarabağ"ın sabiq qapıçısı milliyə buraxılmadı

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiya yığmasının noyabrdakı toplanışında iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Sport-Ekspress"-ə açıqlamasında deyib. 

O, bildirib ki, Moskvanın "Dinamo" klubu qolkiperin toplanışdan azad olunması ilə bağlı yığma rəsmilərinə müraciət edib:  

"Elə oldu ki, genişləndirilmiş siyahıdakı altı qapıçıdan yalnız üçü gələcək. Matvey Safonov PSJ-də qalacaq, "Zenit"dən Yevgeni Latışonok zədələnib. "Dinamo" da Andrey Lunyovu noyabrdakı təlim-məşq toplanışına çağırmamağı xahiş etdi, dizində problem var. Ola bilsin ki, dördüncü qapıçını çağıraq".

Rusiya yığması noyabrın 15-də Bruneylə, 19-da isə Suriya ilə qarşılaşacaq.

Qeyd edək ki, Lunyov ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq "Dinamo"ya qoşulub.

Seçilən
26
9
unikal.az

10Mənbələr