AZ

Junior gələn yay yenə Səudiyyə Ərəbistanından təklif alacaq

“Real”ın hücumçusu Vinisius Junior gələn yay yenə Səudiyyə Ərəbistanından təklif alacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Vinisiusla müqavilə imzalamaq fikrindən əl çəkməyib.

Söhbət mövsümün sonunda gəlməsi gözlənilən “tarixi təklif”dən gedir. Hazırda danışıqlar davam etmir. Vinisius bütün diqqətini “Real”a yönəldib.

“Transfermarkt” portalı 24 yaşlı braziliyalı forvardın dəyərini 200 milyon avro qiymətləndirir. Onun “Real”la müqaviləsi 2027-ci ilə qədərdir.

Seçilən
30
sportinfo.az

1Mənbələr