AZ

Azərbaycan seçməsi bu dəfə 5 qol buraxdı

Futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina ilə ikinci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, baş məşqçi Vitali Borisov bu dəfə qapıda Kamran Hacıyevə güvənib.

Amma bu da yığmamızı məğlubiyyətdən xilas etməyib. Altı qolluq matçın yekununda yenə meydan sahibləri qələbəyə seviniblər.

Xatırladaq ki, dünən bu komandaya 0:7 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu
5 noyabr

Bosniya HerseqovinaAzərbaycan 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 – Oktay Rüstəmli, 24:26.
Zeniça. Huseyn Smayloviç adına Arena.

Bosniya və Herseqovina: 1. Senad Poraçanin (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Muanis Duvnjak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç.
Baş məşqçi: Qoran Melher.

Azərbaycan: 12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.

Seçilən
27
fanat.az

1Mənbələr