AZ

"Milan" "Real"ı,"Liverpul" "Bayer"i məğlub etdi

Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.

Sportnet.az xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.

Günün mərkəzi qarşılaşması İngiltərədə keçirilib. İtkisiz irəliləyən “Liverpul” “Bayer”i qəbul edib. Qonaqlar ilk hissədə müqavimət göstərsələr də, fasilədən sonra rəqib komanda 4 dəfə fərqlənib - 4:0.

Liderlər qrupunda yer alan “Mançester Siti” səfər sınağına çıxıb. Erkən qol vuran şəhərlilər üstünlüyü qaoruya bilməyiblər. Ruben Amorimin yetirmələri 4:1 hesabı ilə qalib gəliblər.

Yarışın son qalibi “Real” “Milan”ı qəbul edib. "Rossoneyerlilər" özlərini qonaq kimi aparmayıblar və Madriddən 3 xalla dönüblər.

Qeyd edək ki, turun digər matçları noyabrın 6-da keçiriləcək.

Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr

21:45. PSV - "Jirona" - 4:0
21:45. "Slovan" - "Dinamo" Z - 1:4
00:00. "Bolonya" - "Monako" - 0:1
00:00. "Seltik" - "Leyptsiq" - 3:1
00:00. "Borussiya" D - "Şturm" - 1:0
00:00. "Lill" - "Yuventus" - 1:1
00:00. "Liverpul" - "Bayer" - 4:0
00:00. "Real" - "Milan" - 1:3
00:00. "Sportinq" - "Mançester Siti" - 4:1


Seçilən
25
sportnet.az

1Mənbələr