Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.
Turun mərkəzi görüşü İspaniyada olub. “Real Madrid” doğma meydanda İtaliya “Milan”ı ilə üz-üzə gəlib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Liverpul” isə doğma meydanda Almaniya “Bayer”inin qapısından dörd cavabsız top keçirib.
“Sportinq” də öz azarkeşləri önündə “Mançester Siti” qarşısında geridönüş edib. Matçda hesabı qonaqlar açsalar da, meydan sahibləri ardıcıl qollarla matçın taleyini dəyişməyə və “şəhərlilər”i darmadağın etməyə müvəffəq olublar - 4:1.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur
PSV (Niderland) – “Jirona” (İspaniya) - 4:0
“Slovan“ (Slovakiya) - “Dinamo“ (Zaqreb, Xorvatiya) - 1:4
“Real Madrid” (İspaniya) - “Milan” (İtaliya) - 1:3
“Liverpul” (İngiltərə) - “Bayer” (Almaniya) - 4:0
“Borussiya” (Dortmund, Almaniya) - “Şturm” (Avstriya) - 1:0
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) - 4:1
“Lill” (Fransa) – “Yuventus” (İtaliya) - 1:1
“Seltik” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) - 3:1
“Bolonya” (İtaliya) – “Monako” (Fransa) - 0:1
Qeyd edək ki, Çempionlar Liqasında əsas mərhələnin digər oyunları bu gün reallaşacaq.