AZ

ABŞ seçkiləri üçün FTB-nin təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Trend:

ABŞ-ın federal hüquq-mühafizə orqanları, noyabrın 5-dəkeçiriləcək seçkilərdə daxili və xarici təhlükələri izləmək vəonlara cavab vermək məqsədilə Vaşinqtondakı FTB-nin qərargahındaxüsusi komanda məntəqəsi yaradıb.

Trend xəbər verirki, “The Washington Post”un məlumatına görə, bu stansiyada FTBəməkdaşları ilə yanaşı, Alkoqol, Tütün, Odlu Silahlar vəPartlayıcılar Bürosunun, Gizli Xidmətin və ABŞ Poçt MüfəttişliyiXidmətinin nümayəndələri də fəaliyyət göstərir. Komanda məntəqəsi,əvvəlki seçkilərdən daha uzun müddət, ən azı şənbə gününə qədərişləyəcək.

Eyni zamanda, FTB-nin yerli ofislərində də seçkilərə nəzarətüçün komandanlıq mərkəzləri qurulub ki, onlar hər hansı problemyarandıqda Vaşinqtondakı mərkəzlə əlaqə saxlayaraq koordinasiyatəmin edəcək.

FTB direktor köməkçisinin müavini Ceyms Barnaklın sözlərinəgörə, FTB bu il “daha güclü” tədbirlər görüb və xarici təhdidlərə,eləcə də kiberhücumlara qarşı önləyici tədbirlər həyata keçirilib.O, xarici bədxassəli təsir cəhdləri və bəzi bədxah qrupların dövlətvə yerli seçki rəsmilərinə qarşı kiberhücum planlarınıizlədiklərini bildirib.

ABŞ-ın baş prokuroru Merrik Qarlandın isə çərşənbə axşamısəsvermənin gedişi ilə bağlı məlumat almaq üçün FTB komandaməntəqəsini ziyarət edəcəyi gözlənilir.

Seçilən
53
az.trend.az

1Mənbələr