AZ

Məhkəməyədək sadələşdirilmiş icraat şəklində TƏHQİQAT

Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 (on) gün müddətində aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı təhqiqatçı məhkəmə baxışının hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək üçün zərər çəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, şahidləri və digər şəxsləri dindirməklə, habelə zəruri arayışlar tələb etməklə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi hallarını, onu törədənin şəxsiyyətini və zəruri olan digər halları müəyyən edir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Göstərilənlər məhkəmə baxışının aparılması üçün kifayət etmədikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat zamanı zəruri sübutların toplanılması məqsədi ilə təhqiqatçı şikayətin daxil olduğu vaxtdan 20 (iyirmi) gün müddətində bu Məcəllənin 86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz istintaq hərəkətlərini apara bilər.

 

Seçilən
39
heftelik.az

1Mənbələr