Amerika Birləşmiş Ştatlarında keçirilən 60-cı prezident seçkilərində ölkənin 47-ci prezidenti seçiləcək.
İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir ki, Donald Tramp seçicilərin 52,5%-nin (26,888,034 səs) dəstəyi ilə 177 seçici səsini qazanaraq ABŞ prezident seçkilərində liderliyini möhkəmləndirib. Kamala Harris isə 99 seçici səsi ilə (23,693,880 səs) ikinci sıradadır.
Xatırladaq ki, seçkilərdə qalib gəlmək üçün namizədin 270 seçici səsi toplaması lazımdır