AZ

Tramp qalib gəlmək üçün zəruri səslərin yarıdan çoxunu təmin edib

ABŞ-da keçirilən seçkilərdə Respublikaçı namizəd Donald Tramp qalib gəlmək üçün lazım olan seçici səslərinin yarıdan çoxunu qazanıb.

Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.

Bildirilir ki, hazırda Trampın 178 səsi var. Onun rəqibi Kamala Harrisin cəmi 99 səsi var. Qələbə qazanmaq üçün namizədlərdən birinin Seçicilər Kollegiyasının ümumi 538 səsindən 270 səsini toplaması lazımdır.

Milli səsvermədə Tramp Texas, Florida, Ohayo, Tennessi, İndiana, Missuri, Alabama, Cənubi Karolina, Kentukki, Luiziana, Oklahoma, Missisipi, Arkanzas, Kanzas, Nebraska, Qərbi Virciniya, Şimali Dakota, Cənubi Dakota və Vayominqdə liderdir.

Harris Nyu-York, İllinoys, Nyu-Cersi, Massaçusets, Merilend, Kolorado, Konnektikut, Delaver, Rhode-Aylend, Vermont və mərkəzi Kolumbiya bölgəsində qalib gəlir.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr