AZ

Fransada dəmiryolu işçiləri tətilə hazırlaşırlar

Fransada dəmiryolu işçilərinin bütün həmkarlar təşkilatları bir günlük tətillə bağlı razılığa gəlib.

“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, Milli Dəmir Yolları Şirkətinin (SNCF) yük bölməsinin kiçik strukturlara bölünməsi barədə müzakirələrə qarşı noyabrın 21-də 24 saatlıq xəbərdarlıq tətili keçiriləcək. Nəticə əldə edilməyəcəyi təqdirdə dekabrda daha uzunmüddətli aksiyalar keçiriləcək. Bildirilib ki, bu tətil “həmkarlar təşkilatlarının qeyri-legitim hökumətə cavabıdır”.

Xatırladaq ki, Avropa Komissiyası SNCF-in yük bölməsinin bir neçə kiçik struktura parçalanaraq özəlləşdirməyə çıxarılması üçün Parisə təzyiq edir.

Seçilən
53
ikisahil.az

1Mənbələr