AZ

Xorvatiyanın baş naziri ölkə prezidentini “Putinin iti” adlandırıb.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç ölkə prezidenti Zoran Milanoviçi “Putinin iti” adlandırıb.

Beləliklə, o, NATO-nun Ukraynaya təhlükəsizlik və təlim sahəsində yardım təşəbbüsündə iştirakdan imtina edən prezident Milanoviçə sərt və təhqiredici şəkildə cavab verib.

“Prezident və tərəfdaşları “Putinin iti”nə çevrilirlər. Bu, Xorvatiya demokratiyası üçün çox pisdir”, – deyə Andrey Plenkoviç bəyan edib.

Bundan əvvəl Milanoviç ölkəsinin hərbçilərinin Ukraynaya göndərilməsinə icazə verməyəcəyini bildirmişdi.

Oxuməni.az

Seçilən
27
oxumeni.az

1Mənbələr