ABŞ seçkilərdən dərhal sonra Minuteman III qitələrarası raketini sınaqdan keçirəcək...
ABŞ ordusu seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra hipersəs nüvə raketini sınaqdan keçirməyə hazırlaşır.
Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət Minuteman III qitələrarası ballistik raketindən gedir.
Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamada, buraxılış noyabrın 5-i Sakit okean vaxtı ilə 23:01-dən 6 noyabr 5:01-dək (Bakıa vaxtı ilə 6 noyabr saat 11:01-dən 17:01-dək) planlaşdırılıb.
Sınaqın məqsədi ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və ölkənin nüvə qarşısının alınmasının öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir. Hərbçilərin sözlərinə görə, sınaq seçkilərdən xeyli əvvəl planlaşdırılıb.
Qeyd edək ki, 12 min km məsafəyə uçan və 36 ton ağırlığında olan Minuteman III ABŞ strateji nüvə qüvvələrinin şaxtada əsaslı yeganə nüvə silahıdır.
Poliqon.info