Bakı. Trend:
Fransanın "La Gazette du Caucase" onlayn-nəşri öz məqaləsində noyabrın 5-də Parisin Trokadero meydanındaCOP29-un Azərbaycanda keçirilməsinə qarşı etiraz aksiyası keçirənFransadakı erməni təşkilatlarının hərəkətlərini pisləyib.
Trend xəbərverir ki, "La Gazette du Caucase" qeyd edir ki, Fransada erməniqruplaşmalarının davam edən nümayişləri yalnız dezinformasiyayaxidmət edir.
“İki ölkənin Qafqazda davamlı sülhün bərqərar olması üçün ənyaxşı yolu tapmağa çalışdığı bir vaxtda niyə Fransadakı ermənitəşkilatlarının Fransa ictimaiyyəti arasında dezinformasiyayaymaqda davam etdiyi sualı yarana bilər. Xatırladaq ki, Azərbaycanheç vaxt Ermənistanı işğal etməyib və bunu etmək fikirində dəolmayıb. Əksinə, Ermənistan silahlı qüvvələri Azərbaycanınsərhədlərini pozaraq, 30 ilə yaxın bütün beynəlxalq təşkilatlartərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən torpaqları işğalaltında saxlayıblar. Onlar bunu guya bütün Qafqazı əhatə edən“Böyük Ermənistan” mifinə əsaslanaraq “tarixin yenidən yazılması”ilə “əsaslandırmağa” çalışırdılar”, - məqalədə bildirilir.
Bundan əlavə, “La Gazette du Caucase” Fransa mediasının“tanınmış simaları” adlandırılan şəxslərin, o cümlədən “Le Figaro”jurnalının baş redaktor müavininin bu etirazlara dəstək verməsinədiqqət çəkib.
“Təəssüf doğuran isə odur ki, “Le Figaro” jurnalının başredaktor müavini kimi jurnalistlər və bir çoxları bu nümayişlərdəiştirak edirlər. Bu, Fransa mətbuatının artıq informasiya vətəhlillər vermək rolunu yerinə yetirmək əvəzinə müxtəlifideologiyaların ruporu rolunu oynayaraq hansı səviyyəyə düşdüyünügöstərir”, - məqalədə vurğulanır.
Nəşr məqaləsində Bakıda erməni separatçılarının həbsinə dəmünasibət bildirərək, onların “siyasi məhbus” deyil, ağırcinayətlərdə, o cümlədən kütləvi qırğınlarda və mütəşəkkilcinayətlərdə iştirak edən şəxslər olduğunu qeyd edib. Erməniqruplaşmaları bu insanları qondarma “siyasi repressiya qurbanları”kimi təqdim etməyə çalışırlar.
“Bunlar qırğınlara cavabdeh olan cinayətkarlar və Qarabağınsərvətlərini qanunsuz ələ keçirmək istəyən mafiya başçılarıdır. Onuda qeyd etmək lazımdır ki, bu etirazın arxasında duran FransadakıErməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) çoxsaylızorakılıq və terror aktlarında iştirak edib. Hətta onun lideriMurad Papazyanın Ermənistana girişi uzun müddətlik qadağanedilmişdi”, - məqalədə qeyd edilir.
“La Gazette du Caucase” sonda qeyd edir ki, bu cür hərəkətlər vəKİV-in onlarla əlbir olması Ermənistan və Azərbaycan arasındahəqiqi dialoq və anlaşmaya mane olan dezinformasiyanın yayılmasıistiqamətində narahatedici tendensiyanı əks etdirir.