Zurabişvilinin deməyə sözü yoxdur
“Gürcüstan prezidenti Salome Zurabişvilinin deyəcək heç bir sözü olmadığı üçün seçki işi ilə bağlı prokurorluğa gəlməyib”.
Reyting.az xəbər verir ki, bunu “Postv” telekanalına ölkənin baş naziri İrakli Kobaxidze deyib.
İ. Kobaxidze parlament seçkilərindən sonra prezidentin ifadə verməkdən imtina etməsini efirdən şərh edərkən bildirib ki, prezidentin prokurorluğa gəlməkdən imtinası deməyə sözünün olmaması ilə bağlıdır.
V. QULİYEV