AZ

Kubaya yeni qasırğa yaxınlaşır

“Rafael” qasırğasının gücünə çatan yeni təbii fəlakət Havanaya doğru irəliləyir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Yeni qasırğa artıq Kuba sahillərində güclənib. Atmosfer burulğanı daxilində küləyin sürəti 33 m/s-ə (119 km/saat) çatıb ki, bu da 1-ci kateqoriya qasırğalarına (mümkün olan beşdən ən zəifi) uyğundur.

Məlumata görə yeni “Rafael” qasırğası Havanadan 495 km cənub-şərqdə yerləşir və 24 km/saat sürətlə birbaşa Kuba paytaxtına doğru gedir.

Xatırladaq ki, sonuncu dəfə adada qasırğalar oktyabrın 21-də baş verib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr