AZ

Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur

Türkiyəli iş adamı Necati Elemananın Azərbaycandan çıxışına qadağa qoyulur.

 

Pravda.az-ın xəbərinə görə, N.Elemana ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Günay Həşimovanın icraatındadır. Məhkəmə baxışı noyabrın 14-də keçiriləcək.

 

Xəyal Quliyev 

Tarix: 6 Noyabr 2024, 08:39   
Seçilən
31
2
pravda.az

3Mənbələr