AZ

Qalant niyə İsrail MN-dən uzaqlaşdırıldı?

İsrailin müdafiə naziri Yoav Qalantın işdən çıxarılmasına səbəb kimi Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərlə bağlı yaranmış mübahisələr, yəhudi dövlətinin ordusuna aaprılan çağırışlar, eləcə də kütləvi qətliamları araşdırmaq üçün komissiyanın yaradılması göstərilib.  Bu barədə Ynet portalı yazır.

İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri ölkə ordusuna çağırışla bağlı mövqeyinin yəhudi dövlətinin Nazirlər Kabinetinə uyğun olmadığını vurğulayıb.  Qalant belə hesab edir ki, münaqişədə seçim yoxdur və hər bir uyğun şəxs orduda xidmət etməlidir.

"Mənim qəti mövqeyim ondan ibarətdir ki, hərbi xidmətə çağırış yaşına çatmış hər kəs hərbi xidmətə yazılmalıdır”, - deyə İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri bildirib.

Tural

Seçilən
26
news365.az

1Mənbələr