AZ

Elektromobillərlə bağlı MÜƏMMA – Batareyaların maşının altında olması yanğın RİSKİNİ ARTIRIR?

Dünyada elektromobillərə maraq artıb. Son illər Azərbaycanda da elektrik mühərrikli avtomobil alanların sayında ciddi artım var.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovda  mətbuata açıqlamasında ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayının 60 faiz artdığını deyib.

Bu avtomobillər həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişli olsa da cəmiyyətdə müxtəlif mənfi fikirlər də səsləndirilir. Xüsusilə, elektromobillərin batareyalarının maşının altında yerləşməsinin problem yaratdığı haqqında müxtəlif iddialar var. İddialara görə, batareyalar qəza zamanı avtomobillərin tez alışmasına, partlamasına səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobil alarkən nələrə diqqət YETİRİLMƏLİDİR?



Yaranan suallarla bağlı Bizim.Media-ya danışan elektromobillər üzrə ekspert İlkin Mustafayev deyib ki, elektromobillərin batareyaları haqqında deyilənlər cəfəngiyyatdır:

“Bu avtomobillərlə bağlı dünyada yaranan bir xof, bir qorxu, “qara piar”ın yaratdığı nəticədir. Elektromobillər qəzaya düşərkən də həmin batareyaların yüksək dərəcədə olduğunu real şəraitdə görmək mümkündür. ABŞ-dan ölkəmizə qəzalı elektromobillər gətirilir və hər biri də təmir olunaraq istifadə edilə bilir.

Əlavə olaraq, elektromobillərin batareyalarında xüsusi hissələr olur ki, həmin hissələr batareyaları qoruyur. Qəza vaxtı həmin hissələri atır və batareyalarla heç bir əlaqə olmur. Bu zaman da batareyalar qorunma rejiminə keçir, ona görə heç bir problem olmur. Ciddi şəkildə altdan zədə aldıqda belə hansısa yanma, partlama halı mümkün deyil”.

Ekspert daxili yanma mühərrikli avtomobilinin elektromobilə görə yanmasının daha real olduğunu bildirib:

“Dünya ststatistikasında faiz göstəricisinə baxanda görə bilərik ki, daxili yanma mühərriki ilə işləyən avtomobillər daha tez yanır, partlayır, nəinki elektromobillər”.

O, batareyaların dözümlülüyü məsələsinə də aydınlıq gətirib:

“Batareyaların dözümü istifadə qaydasından asılıdır. Biz avtomobili daha çox 80 fazidən şarj edəcəyiksə, sıfır faizə çox düşməyəcəksə, davamlı şəkildə sürətli şarj stansiyalarından istifadə edəcəyiksə problem yaranmayacaq. Bunların heç birinə riayət etmədikdə təbii ki, batareyaların ömrü tez bitə bilər. Hazırda dünyada elə elektromobil var ki, biri 400 min, digəri 863 min kilometr gedib, amma hələ də 95-100 faizə yaxın batareya ömrü qalıb”.

Günay Şahmar, Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr