Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya səfəri çərçivəsində Rusiya Federasiyası və Belarusla sərhəddə yerləşən sərhəd xidməti bölməsinə baş çəkib. Bu barədə “Reuters” yazıb.
Məşhur media qurumu Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin Çerniqov vilayətində Rusiya sərhədindən bir neçə on kilometr aralıda yerləşən dövlət sərhəd xidmətinin bölməsinə baş çəkməsinə diqqət çəkib: "Səfər zamanı Annalena Berbok Rusiya Federasiyası və Belarusla sərhəddə “vəziyyətlə tanış olub”. Burada Ukrayna tərəfdən nazir yenidən daha çox silah tədarükü ilə bağlı müraciət ünvanlayıb".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural