AZ

"Moskva Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırdır" - Lavrov

Rusiya Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə hazırdır.

"Unikal" xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

"Gürcüstan xalqı öz seçimini edib, biz onlara hörmətlə yanaşırıq, biz ikitərəfli münasibətlərin normallaşması prosesini davam etdirməyə hazırıq", - deyə nazir respublikada keçirilən son seçkilərin nəticələrindən sitat gətirib. 

Rusiya diplomatiyasının rəhbəri onu da qeyd edib ki, ABŞ və Avropa İttifaqı süni şəkildə Gürcüstandakı hazırkı seçki prosesini Rusiya ilə Qərb arasında strateji seçim kimi təqdim etməyə çalışır.  

Gülayə Mecid 

Seçilən
28
50
unikal.az

10Mənbələr