Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.
Bundan əvvəl oktyabrda 4 xarici ölkəyə məxsus 5 şirkət sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, "BMS Group Sigorta ve Reasürans Brokerliği" 2020-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.