AZ

COP29 ərəfəsində TDT Bişkekə niyə toplanır?

“COP29 sammitinə sayılı günlər qaldığı ərəfədə Türk Dövlətləri Təşkilatı noyabrn 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində bir araya gələcək.  Artıq məlumdur ki, Azərbaycan, Türkiyə Özbəkistan və Qazaxstan prezidentlər səviyyəsində bu zirvə görüşündə iştirak edəcəklər.TDT-nin 11-ci Bişkek Zirvəsi strateji əhəmiyyətli bir tədbir kimi diqqət çəkir. TDT ölkələri geniş bir coğrafiyada yerləşməklə, həm qlobal, həm də regional miqyasda ekoloji və iqtisadi problemlərə birgə cavab vermək potensialına malikdirlər”.

News365.az xəbər verir ki, bunu ekspert Aqil Məmmədov deyib. O bildirib ki, COP 29-un ərəfəsində bu zirvənin baş tutması, təşkilatın iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsələlərlə bağlı mövqeyini möhkəmləndirmək, vahid mövqe ilə dünya arenasına çıxarmaq üçün mühüm fürsət yaradır:

“Zirvə çərçivəsində enerji təhlükəsizliyi, su resurslarının qorunması, karbon emissiyalarının azaldılması və "yaşıl iqtisadiyyat" strategiyalarının müzakirə oluncağı gözlənilir.

COP29 öncəsi bu cür diplomatik səylər, üzv dövlətlərin qlobal ekoloji tədbirlərə daha fəal və effektiv inteqrasiyasını sürətləndirəcək.

Bişkek sammiti TDT üzvləri üçün həm regional əməkdaşlıq, həm də qlobal iqlim məsələlərində birlikdə daha güclü çıxış etmək baxımından əhəmiyyətlidir”.

 News365.az

Seçilən
15
news365.az

1Mənbələr