Türkiyədə qətlə yetirilən 8 yaşlı Narin Güranın məhkəməsinin vaxtı açıqlanıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Narinin cansız cəsədini Sıratutmaz dərəsində çuvalda basdırdığını etiraf edən Narinin əmisi Səlim Güran, anası Yüksel Güran, böyük qardaşı Enes Güran və Nevzat Bəhtiyarın olduğu işin ilk məhkəməsi sabah keçiriləcək.
Bildirilib ki, Narinin qətli ilə bağlı saxlanılan 4 şübhəli üçün ağırlaşdırılmış ömürlük həbs tələbi ilə hazırlanan iddianamə qəbul edilib.
Mina Mikayılova