AZ

Azərbaycanda bu məkanlarda istirahət etmək daha ucuz başa gəlir 

“Pandemiyadan sonra daxili turizm bazarı daha aktivləşib”.

Bunu İqtisadiyyat.az-a turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib.

O qeyd edib ki, həm pandemiyadan sonra sərhədlərdə məhdudiyyətlərin tətbiq olunması, həm də qiymətlərlə əlaqədar insanlar daxili turizmə daha çox üstünlük verir.

“Bəzən deyirlər ki, daxili turizmdə qiymətlər bahadır və bu qiymətlə xaricdə də istirahət etmək olar. Bəzi kəsim əhali üçün belə olsa da  amma faktiki olaraq bir neçə ildir daxili turizm daha aktivdir. Daxili bazarda orta kənd evləri, A-frame evlərinin sayı artır və bunlar otellərə nisbətən daha müvafiq qiymətlər təklif edirlər. Misal üçün bir ailə oteldə 2 otaqda qalmaq məcburiyyətindədirsə amma bir kənd evində daha müvafiq qiymətlə, rahatlıqla istirahət edə bilir”.

Qeyd edək ki, dünyada turizm bazarında xidmətlər bahalaşıb. Belə ki, xaricdə turist başına düşən orta xərclər 50 faizə qədər artıb. Ona görə də son illərdə daxili turizm bazarı daha aktivləşib.

 

Seçilən
14
iqtisadiyyat.az

1Mənbələr