Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta veReasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar,təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxiledib.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Sözügedən şirkətin reyestrə daxil edilməsi ilə Azərbaycanınsığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-əçatıb.
Xatırladaq ki, "BMS Group Sigorta ve Reasürans Brokerliği"Anonim Şirkəti 14 dekabr 2020-ci il tarixindən sığorta vətəkrarsığorta sahəsində fəaliyyət göstərir.