AZ

İranda mübahisəli addım: İsraili tanıyacaqlar?

Yazını böyüt
Yazını kiçilt

İrandakı islahatçı din xadimləri bəyanat yayaraq, Tehranın Fələstində ikidövlətli həll variantının dəstəkləməli olduğunu bildiriblər.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, “Sionizmə ölüm” şüarının tez-tez səsləndirildiyi İran ərazisində bu addım diqqət çəkib, çünki ikidövlətli həll yolunun qəbulu indiyədək İsrail dövlətini tanımaqdan imtina edən Tehran üçün əhəmiyyətli dəyişiklik deməkdir.

İran ötən həftə Ər-Riyadda keçirilən İkidövlətli Həll Proqramının həyata keçirilməsi üzrə Beynəlxalq Koalisiyanın iclasına qatılmayıb. Bununla belə, oktyabrın 21-də Qum Elm hövzəsində bir araya gələn islahatçı ruhanilər bəyanat yayaraq, “1967-ci ildəki hücumdan və müstəqil Fələstin dövlətinin qurulmasından əvvəl sionist rejimin qanuni sərhədlərinə qayıtmağa” çağırıblar.

Bu bəyanat etirazlara səbəb olsa da, Tehranda çıxan “Keyhan” qəzeti sammiti “düşmən üçün təbliğat maşını” kimi tənqid edib.

Ədliyyə sisteminin yuxarı təbəqəsinin reaksiyasından sonra islahatçılar "sionist dövlətin iyrənc cinayətlərinin" məlum olduğunu və İsraili tanımadıqlarını vurğulayıblar. Onlar əlavə ediblər ki, qan tökülməsi müstəqil Fələstin dövlətinin yaradılması ilə dayandırıla bilər.

Tarixçi yazıçı Araş Əzizi İrandakı müzakirələri belə şərh edir: "Bu, İranın anti-sionist islam inqilabının inkubatoru olmasını istəyənlərlə milli maraqlara əsaslanan praqmatik xarici siyasət istəyənlər arasında mübahisədir. Ali Rəhbərin 85 yaşı var. İran hər zaman böyük böhranlarda qala bilməz və o, İsraili məhv etmək istəyir. Amma müharibə İranın etməməli olduğu bir şeydir”.

Əzizi xatırladır ki, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bu yaxınlarda iranlıların “fələstinlilərdən daha çox Fələstin tərəfdarı olmağa çalışan” administrasiyadan yorulublar.

Digər tərəfdən, İsraillə İran arasında gərginlik davam edir.

İran prezidenti Məsud Pezeşkian bazar günü deyib ki, İsrailin hücumuna cavab verəcəklər, lakin Təl-Əviv bölgədəki təcavüzünü dayandırarsa və atəşkəsi qəbul edərsə, bu cavabın növü və şiddəti dəyişə bilər.

Ötən gün çıxış edən İran lideri Ayətullah Əli Xamenei “İrana qarşı hərəkətlərinə görə həm İsrailə, həm də ABŞ-a mütləq sərt cavab verəcəklərini” vurğulayıb.

Seçilən
37
hafta.az

1Mənbələr