Yaxın zamanda təqdim olunacaq "Galaxy S25" seriyalı smartfonların dizaynı bəlli olub və dəyişikliklər aşkar edilib.
Redaktor.az xəbər verir ki, "Galaxy S25 Ultra" daha yuvarlaq küncləri və dörd kamera üçün yer olan yenilənmiş korpusa sahib olacaq, əsas "Galaxy S25" və "S25+" modelləri isə üçlü kameranı özündə saxlayacaq.
Bütün modellərdə sol tərəfdə güc və səs üçün kəsiklər olan eyni düymə düzümü olacaq. Hər üç model də azaldılmış çərçivələrə malik düz ekranlara sahib olacaq və seriyaya vahid, dəbli görünüş verəcək.
"Galaxy S25" sələfindən daha nazik olacaq, ölçüləri 146,94 x 70,46 x 7,25 mm olacaq. "Galaxy S25+" da bir qədər incə olacaq, "Galaxy S25 Ultra" isə daha yüngül və daha kiçik çərçivələrə sahib olacaq.
Sevinc İBRAHİMZADƏ