AZ

Conson yenə seçildi - 86 faiz səs toplayıb

ABŞ Konqresinin aşağı palatasının hazırkı spikeri, respublikaçı Mayk Conson Luiziana ştatının dördüncü dairəsində seçicilərdən böyük dəstək alıb və növbəti dəfə Nümayəndələr Palatasına seçilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. 

Conson seçkidə digər respublikaçı Coşua Morottu üstələyib. Səslərin 90%-dən çoxu hesablandıqdan sonra məlum olub ki, Conson 86%, Morott 14% səs toplayıb. Beləliklə, Conson artıq 5-ci dəfə Nümayəndələr Palatasında təmsil olunacaq.

“AzPolitika.info”

Seçilən
31
azpolitika.info

1Mənbələr