AZ

“Bodo Qlimt” favoritdr, amma…

Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edəcək “Bodo Qlimt” oyunun favoritidir.

Futbolinfo.az Norveç mətbuatına istinadən xəbər verir ki, komandaların cari mövsüm avrokuboklardakı çıxışı belə düşünməyə əsas verib.

Belə ki, “Bodo Qlimt” turnirin ilk 3 matçında aktivinə 7 xal toplayıbsa, “Qarabağ” hər 3 görüşündə məğlubiyyətə düçar olub. Üstəlik, Norveç təmsilçisi avrokuboklarda cari mövsüm evdə keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanıb.

“Bodo Qlimt”in yeganə problemi komandanın son vaxtlar eniş yaşamasıdır. Komanda bütün turnirlərdə keçirdiyi son 5 rəsmi qarşılaşmanın cəmi 1-də qalibiyyət üzü görüb.

Qeyd edək ki, sabah “Aspmira” stadionunda keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Seçilən
7
futbolinfo.az

1Mənbələr