Hindistanın Racastan əyalətində keçirilən toy mərasimində maraqlı hadisə baş verib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bəy və gəlin təbrikləri qəbul etdikləri zaman gözlənilməz hal yaşanıb.
Gəlinin keçmiş sevgilisi səhnəyə çıxaraq əvvəlcə bəyin əlini sıxıb, sonra isə ona yumruq atıb. Təəccüb içində qalan gəlin keçmiş sevgilisi ilə ərini ayırmaq üçün xeyli cəhd göstərib.
Baş verənlər qonaqlar tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Sosial şəbəkə istifadəçiləri toy şənliyi zamanı baş verən bu zorakılığı qınayıblar.
“Qorxaq bir hərəkət… Ümid edirəm ki, bəy təhlükədən uzaqdır”, – deyə istifadəçilərdən biri yazıb.
“Bu klipi görmək qorxulu idi”, – deyə digəri qeyd edib.