Respublikaçılar Partiyası Senatdakı yerlərin yarısını qazanıb.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Fox News” telekanalı məlumat yayıb. Beləliklə, demokratlar Amerika Konqresinin yuxarı palatasına nəzarəti itiriblər. Kanalın məlumatına görə, Demokratlar Partiyasının nümayəndələri 42, Respublikaçılar isə 50 yer alıb.
Hazırkı tərkibdə demokratlar Senatda ümumilikdə 51 yerə, respublikaçılar isə 49 yerə nəzarət edirlər. ABŞ Nümayəndələr Palatasına seçkilərdə də Respublikaçılar Partiyası liderlik edir. İlkin məlumatlara görə, onlar 159, Demokratların nümayəndələri isə 103 yer tutacaqlar.
Bundan əvvəl “New York Times” ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın 72% ehtimalla qalib gələcəyini proqnozlaşdırmışdı.