AZ

İsrail Qəzza və Livanda 70 hədəfi vurub

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında HƏMAS və Livanın cənubundakı Hizbullah qruplaşmalarının 70 hədəfinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullaha və Qəzza zolağında HƏMAS-a aid 70-ə yaxın hədəfə, onların infrastruktur obyektlərinə, silah anbarlarına, raket buraxılış qurğularına və əlavə infrastrukturuna zərbələr endirib.

Həmçinin bildirilir ki, İsrail ordusunun quru qoşunları Qəzza zolağının bir neçə bölgəsində döyüşləri davam etdirir.

Seçilən
22
50
operativmm.az

10Mənbələr