İsrailin baş naziri Benyamin Netanyahu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantı işdən çıxarıb. “Haaretz” xəbər verir ki, İsrailin baş naziri onunla müdafiə naziri arasında ciddi fikir ayrılıqlarının yarandığını və bunun aradan qaldırılmasının mümkün olmadığını bildirib.
Qalantın yerinə baş nazir İsrailin xarici işlər naziri İsrael Katzı təyin etmək qərarına gəlib.
“Müharibənin ortasında Baş nazir və Müdafiə Naziri arasında tam etimad həmişəkindən daha çox tələb olunur. Təəssüf ki, kampaniyanın ilk aylarında belə bir etimad olub və çox səmərəli iş aparılsa da, son aylarda mənimlə müdafiə naziri arasında bu etimad pozulub”, - Netanyahu bildirib.
İsrail baş nazirinin sözlərinə görə, ölkə hökumətinin üzvlərinin əksəriyyəti onunla eyni fikirdədir.
Oxuməni.az