AZ

“Netanyahu İranın nüvə infrastrukturunu məhv edəcək” - Hakan Fidan

"İsrailin baş naziri Benyamin Netanyahu dayanmağa razı görünmür”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“O, istədiyini etməyə davam edir, çünki hərbi, iqtisadi və siyasi baxımdan heç bir bədəl ödəmək məcburiyyətində deyil”, - deyə siyasətçi vurğulayıb.

Fidan qeyd edib ki, İsraillə İran arasında gərginlik hələ də pik həddə çatıb:

“Fürsət tapsa, Netanyahu İranın nüvə infrastrukturunu məhv edəcək”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr