AZ

Trampın kiçik oğlu ilk dəfə səs verib

Mart ayında 18 yaşı tamam olan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın kiçik oğlu Barron ilk dəfə seçkilərdə səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublikaçının həyat yoldaşı Melaniya Tramp məlumat verib.

ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Onlar prezidenti, Senatın üçdə birini və Konqresin Nümayəndələr Palatasının bütün üzvlərini, 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Respublikaçıların namizədi Donald Tramp və Demokratlar Partiyasının nümayəndəsi Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.

Seçilən
10
operativmm.az

1Mənbələr