AZ

Zəfər yolum: Füzuli - Mirqiyas Seyidsoylu yazır

Vətənə yol əsgərdən keçir

Əziz oxucu! Yəqin yazının başlığını oxuyan zaman bunun bir bədii ifadə vasitəsi - mübaliğə olduğunu fikirləşəcəksiniz. Əslində isə bu nə mübaliğə, nə də bir müəllif uydurmasıdır.Sadəcə mən  istənilən yazını işləyəndə  və öz fikirlərimi ifadə edəndə mütləq reallığa və faktlara əsaslanmağa çalışıram.  “Vətənə yol əsgərdən keçir” adlı yazımda  olduğu  kimi...

Döyüş nizamnaməsinə görə, istər müdafiə, istərsə də hücum döyüşləri zamanı əsgərlə əsgər arasında 10 metrə qədər məsafə olmalıdır. Vətən torpaqlarına işğalçılıq məqsədi ilə təcavüz etməyə cəhd göstərən düşmən ilk növbədə, sərhədboyu müdafiə səngərlərimizdə 10 metrdən bir dayanmış əsgərlərimizlə qarşı-qarşıya gələcək. . Düşmən verilmiş tapşırığı yerinə yetirmək üçün hər 10 metrdən bir səngərdə dayanmış Azərbaycan əsgərini zərərsizləşdirərək onun cəsədi üzərindən keçməlidir. Hücuma  məruz  qalan tərəfin  É™sgəri  isə dözüm və inadkarlıqla döyüşərək, yağı düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək onu geri çəkilməyə məcbur edir. Əgər əsgər taktiki cəhətdən cəld və çevik, fiziki olaraq möhkəm və qüvvətli, atıcı kimi səbrli və mahirdirsə, silah və texnikanın istifadəsində mükəmməldirsə, siyasi cəhətdən ayıq-sayıq, prinsipial və mənəvi olaraq vətənpərvərdirsə, bax o zaman o, psixoloji olaraq mükəmməl formada döyüşə hazırdır. Mənəvi-psixoloji, fiziki və taktiki cəhətdən döyüşə hazır olan əsgər ruhən özünü dünyanın ən böyük qəhrəmanı kimi dərk edir, döyüş əməliyyatları zamanı döyüş zolağının diqtə edəni, aparıcı qolu olmaqla yanaşı, həm də örnəyi və sevimlisidir.

 Oxucular üçün maraqlı olan bu mövzuda uzun illər şəxsi heyətin mənəvi-psixoloji təminat sahəsində bir yerdə xidmət etdiyimiz, böyük təcrübəyə və hərbi elmi biliyə malik olan, mənim yaxın dostum general-mayor Elman Orucovla müzakirə apardıq. O, döyüşçülər arasında döyüş zolağında olan 10 metrəyə qədər məsafəni hərbi-elmi cəhətdən qısa olaraq belə izah etdi: “Hərbi-elmi taktika bölməsinin akademik hesablamalarına görə, döyüş meydanında verilən tapşırığı yerinə yetirmək üçün hücum edən bölmənin döyüşçüləri arasında ara məsafəsi 10 metrə və daha çox olan zaman döyüşçünün sağ qalma və verilən döyüş tapşırığını yerinə yetirmə ehtimalı artır. Bu ara məsafəsi müdafiə olunan bölmənin atəş sıxlığından asılıdır. Akademik hesablamalara görə atəş sıxlığı müdafiə olunan bölmənin şəxsi heyətinin və atıcı silahlarının sayından asılıdır”.

Bu mövzuda şəxsi heyət qarşısında mühazirə söyləyən zaman həmişə demişəm və bu gün də deyirəm ki, ölkəmizin müdafiəsində fiziki və əqli cəhətdən sağlam olan hər bir kişi vətəndaşa bu ölkədə 10 metrə qədər torpaq payı düşür. Elə buna görə ölkə vətəndaşı olan hər bir kişi onun payına düşən bu 10 metrə qədər torpaq payını qorumaqda borcludur. Əslində, bu fikri mən yox, döyüş nizamnaməsi, döyüş təlimatları deyir və əsaslandırır.

Tarixə nəzər salanda görürük ki, torpağın, Vətənin, millətin, dövlətin taleyi həmişə cəsur döyüşçülərin, ağıllı sərkərdələrin, müdrik dövlət başçılarının, uzaqgörən siyasətçilərin çiyinləri üzərində daşınıb və daşınır. Dünyanın böyük fatehlərindən biri olan Çingiz xan döyüşən əsgərin psixoloji olaraq döyüşə hazır olmağının sirrini belə qiymətləndirirdi: “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu bir dövləti saxlayır”. Yəni, bir dövlətin sarsılmazlığı və qüdrəti hər bir əsgərin ayrı-ayrılıqda döyüşə hazırlığı, təminatı və təchizatından asılıdır. Bu gün biz bunu başqa formada ifadə edirik. Belə ki, yüksək döyüş hazırlıqlı, hərtərəfli təmin və təchiz olunmuş əsgərin hazırlıq tədbirlərini mənəvi-psixoloji təminat adlandırırıq. Əsgər torpaq qədər müqəddəsdir, çünki torpaq üzərində onun qanı tökülür. Torpaq öz gücünü, qüdrətini, dəyərini əsgərdən, əsgər qanından, əsgər dəyanətindən alır. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər qan tökülmürsə, o Vətən Vətən deyil, şəhid olmasa, o Vətən müstəqil ola bilməyəcək”.

Vətənimizin, millətimizin, dövlətimizin müstəqilliyi onun ərazi bütövlüyü uğrunda minlərlə oğul və qızlarımız öz arzu-istəyini, amalını qurban verərək canından keçib. Körpə bir uşağın dilində ilk dəfə səslənən “ana” sözü nə qədər şirin və ecazkardırsa, hər bir əsgər tərəfindən qürurla səslənən “Vətən” sözü də bizim üçün onun qədər doğma və əzizdir.

Ermənilər xarici havadarlarının dəstəyindən ruhlanaraq Qarabağda Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdılar. Avropadan və Yaxın Şərqdən gətirilmiş terror qruplaşmaları qonşu kəndlərə basqınlar edir, günahsız insanları öldürür, girov götürür və dəhşətli vəhşiliklər törədirdilər. 1992-ci il aprelin ilk günlərində bütün beynəlxalq hüquq və qanun normalarını pozaraq, Hadrut rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Daşnakstyun partiyasının fəallarından olan, qatı millətçi Levon Mıkırtıçyanı qondarma “Qarabağ Resublikası”na prezident seçdilər. O dövrdə Qarabağda separatçılıq edən siyasət dəllaları Robert Köçəryan, Serjik Sarkisyan yenicə prezident seçilmiş “rəqiblərini” bərk qısqanırdılar. Elə bu səbəbdən arzuolunmaz rəqiblərini aradan götürmək üçün hiyləyə əl atdılar.

Belə ki, 1992-ci il aprel ayının 10-dan 11-nə keçən gecə səhər saat 5:00 radələrində erməni terrorçu-quldur dəstələri yeni seçilmiş “prezident”in rəhbərliyi ilə Füzuli rayonunun Cəmilli kəndinə qəflətən hücuma keçdilər. Düşmənin Cəmilli yaşayış məntəqəsində hucuma keçməkdə məqsədi  kəndi ələ keçirməklə qonşu Qacar  kəndini mühasirə vəziyyətinə salaraq onun işğalını asanlaşdırmaq  və bununla da  Qırmızıbazar qəsəbəsinin etibarlı müdafiəsini təmin etmək, Füzuli-Şuşa meşə yolunu bağlamaq   idi.Amma...

 Həmin dövrdə Füzuli rayonunun müdafiəsini təşkil və təmin edən yeganə silahlı qüvvə Füzuli Ərazi Özünümüdafiə taborunun bölmələri və o cümlədən Füzuli Polis şöbəsinin əməkdaşları idi.

Füzuli Ərazi Özünümüdafiə Taborunun bölmələri, yüzlərlə, minlərlə füzulili tabor komandiri mərhum polkovnik-leytenant Mobil Yusifovun rəhbərliyi altında əks-hücuma keçdi. Gün ərzində qanlı döyüşlər aparıldı. Döyüşçülərimiz düşmən üzərində üstünlüyü ələ alaraq döyüşün qəhrəmanına çevrildi. Ağır zərbələrə məruz qalan düşmən onlarla canlı qüvvə itirdi, döyüşçülərimizin güclü və əzmkar müqaviməti ilə üzləşib geri çəkildilər. Daha doğrusu, 1988-ci il hadisələri başladığı gündən ilk dəfə idi ki, düşmən ağır sarsıdıcı zərbə aldı və darmadağın edildi.

Düşmənin bölük dayaq məntəqəsindən döyüşü seyr edən “prezident” Levon Mıkırtıçyan döyüşçülərimiz tərəfindən endirilən ağır və sarsıdıcı zərbələr nəticəsində ölümcül yaralanmışdır. Həmin gün ilk dəfə idi ki, erməni terrorçu dəstələri məğlub edildi. Onlar döyüşdə xeyli canlı qüvvə, silah və zirehli texnikanın itkilərinə məruz qaldılar. Döyüşçülərimiz xeyli silah-sursat və bir ədəd “BTR-60” zirehli maşını qənimət olaraq ələ keçirmişdilər.

Bizim tərəfdən də Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyev və onunla bir neçə nəfər döyüşçümüz qəhrəmancasına şəhid oldu. Ancaq əldə olunmuş  qələbə şəxsi heyət arasında mənəvi-psixoloji təminatın yüksəlməsində güclü təsir göstərmiş, böyük ruh yüksəkliyi yaranmışdı. Həmin günün səhəri Füzuli Rayon Ä°cra Hakimiyyətinin başçısı Aslan Mehdiyev bu döyüşün qəhrəmanlarına öz təşəkkürünü bildirdi.

Uğurlu qələbədən iki gün sonra tabor komandiri  polkovnik-leytenant Mobil Yusifov taborun şəxsi heyəti ilə yığıncaq keçirərkən bildirdi ki, “11 aprel günü bizim üzərimizə döyüşə gəlmiş qondarma Qarabağ Respublikasının “ilk prezidenti” Levon Mıkırtıçyan həmin gün ağır yaralanıb. Bu gün isə aldığı yaraların nəticəsində xəstəxanada ölüb. Erməni KÄ°V-ləri bu məsələni ört-basdır etməyə çalışır ki, guya ona iş otağında sui-qəsd edilib. Ancaq bizə sızan kəşfiyyat məlumatına görə o, bizim döyüşçülərimiz tərəfindən 11 aprel günü əks-hücum döyüşlərində zərərsizləşdirilib”. O, sonra dedi: “11 aprel 1992-ci il tarixində bizim Ərazi Özünümüdafiə Taboru tərəfindən Cəmilli-Qırmızıbazar istiqamətində aparılmış əks-hücum döyüşlərində iştirak edən bütün döyüşçülərə əzmkarlıq göstərərək düşməni məhv etdiklərinə görə hər birinə öz adımdan təşəkkür edirəm”.

2020-ci il sentyabr ayının 27-si idi. Ölkəmizin mərkəzi Bakı şəhərindən Qarabağa qədər bütövlükdə Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq əyninə əsgər paltarı geyinib, əlinə silah alıb əsgər olmuşdur. Çünki düşmən 2020-ci il sentyabr ayının 26-dan 27-nə keçən gecə şimalda Murov dağından, cənubda Araz çayına qədər olan ərazilərimizdə işğalı daha da genişləndirmək məqsədi ilə hücuma keçmiş, bunun üçün müdafiə mövqelərimizi ələ keçirməyə cəhd göstərmiş və cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrimizi reaktiv artilleriya qurğuları ilə atəşə tuturdu. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Ä°lham Əliyev təcavüzü genişləndirməyə cəhd göstərən azğın düşmənə layiqli cavab verilməsi məqsədilə ordu rəhbərliyi qarşısında vacib və ciddi tapşırıqlar qoydu.

Ali Baş Komandandan döyüş əmri ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. Ordumuz  döyüş cəhbəsinin şimalında Murov yüksəkliyini, şimal-şərqində Suqovuşanı, cənub-şərqində Füzuli və Cəbrayıl rayonlarını, bir neçə yaşayış məntəqələrini düşmənlərdən təmizlədilər.

Vətən müharibəsinin başlandığı ilk anlarda düşmənin Füzuli rayonu Qaraxanbəyli kəndi ərazisində qurduğu “əfsanəvi”, “keçilməz”, “müdafiə” səddi döyüşçülərimiz tərəfindən darma-dağın edildi. Elə ilk şəhidlərimiz də burada oldu. 

Həmin günlərdə “Real TV” və “Xəzər TV”-nin əməkdaşları məndən müsahibə alırdılar. Jurnalistlər mənə sual verdilər ki, Murov dağının düşməndən azad edilməsi bizdə hansı hisslər yaradır? Mən həmin vaxt belə bir cavab verdim: “Əvvəllər Murov dağının zirvəsində olanlar yaxşı bilir, Murov dağının zirvəsindən baxanda Azərbaycan bütöv görünür: şimala baxırsan “Dəmir qapı” Dərbəndə qədər, cənuba baxırsan Təbrizə qədər, Qərbə baxırsan Ä°rəvan, Göyçə, Zəngəzur və Dərələyəz mahalları, şərqə baxırsan Mil-Muğan, Şirvan, Bakıya qədər olan ərazilərimiz göz oxşayır”.

Jurnalist: Füzuli şəhərinin düşməndən təmizlənməsi, döyüş taktikasına görə döyüş əməliyyatlarının uğurlu olması üçün nə qədər əhəmiyyətlidir?

Mən dedim: Füzuli şəhəri Qarabağ coğrafi ərazisinin hərbi deposu və cənub qapısını təşkil edir, o cümlədən döyüş cəbhəsinin şah damarıdır. Artıq şah damar kəsildiyi üçün düşmənin təmir-təxliyyə və təchizat yolları bağlandı, düşmən cəbhədə iki hissəyə parçalandı. Ermənistan Silahlı Qüvvələrinin qoşun hissələrində döyüşü-idarəetmənin itirilməsi vəziyyəti yarandı. Bu döyüşü-idarəetmənin itirilməsi düşmən üçün son demək idi.

Ərazilərimiz haqqında danışdıqca xəyallarım məni çox-çox uzaqlara, uşaqlıq illərimə apardı, “Qədim ocağın işığında Qarabağ xatirələri” yadıma düşdü. Belə ki, Quruçay vadisinə baxdıqca, yadıma düşdü ki, orta məktəbdə tarix fənnindən bizə dərs deyən, qəhrəman silahdaşımız, 15 avqust 1992-ci ildə Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuş şəhid qardaşımız, kapitan Elxan Yusifovun atası  Bayandır müəllim həmişə deyirdi ki, “Azərbaycan ərazisində bəşər tarixi Quruçay mədəniyyəti dövründən başlayır”.

Otuz ilə yaxın bir müddətdə yağı düşmən bu yerləri xarici havadarlarının köməkliyi və dəstəyi ilə əsarətdə saxlamağa, ona sahib çıxmağa çalışdı, lakin bacarmadılar. Çünki bu torpağın əsl sahibləri bizik - biz, Oğuz-Bayat türkləri!...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Ä°lham Əliyev bütün beynəlxalq səviyyəli zirvə toplantılarında həmişə deyirdi: “Biz Qarabağın müzakirə obyektinə çevrilməsinə heç vaxt imkan verməyəcəyik”, “Qarabağ Azərbaycandır!”.

Müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə bu gün Azərbaycan xalqı bütövlükdə qüdrətli bir dəmir yumruğa çevrilərək tarixi torpaqlarımızı namərd düşmənlərdən qırx dörd gün ərzində böyük qəhrəmanlıqla azad etdi.

Şaxta gördün, boran gördün,

Qan içində insan gördün.

Ölən gördün, qalan gördün,

Süründünsə qarış-qarış,

Zəfər çaldın, sənə alqış!

Əsgər qardaşm, səngər qardaşım!

Xatirimdədir, 1993-cü ilin yanvar ayının 4-ü idi. Qarabağda ağır döyüşlər gedirdi. Səhərə yaxın ermənilər Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində qəflətən hücuma keçmişdilər. Bölmələrimiz düşmənə qarşı müqavimət göstərdi. Ağır və qanlı döyüşlər nəticəsində düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur oldu. Düşmən tərəfindən Daşnaksütyun partiyasının fəallarından biri, tabor komandiri, uydurma “əfsanəvi qəhrəman”ları Şumayis başda olmaqla öldürülən ermənilərin cəsədləri tələfimizdən ələ keçirildi. 

Döyüşün sonunda biz şəhid olmuş əsgərlərimizin cənazəsi ilə Aşağı Veysəlli kənd orta məktəbinin qarşısında vidalaşırdıq. Əsgərlərimizin şəhid olması bizi sarsıtmışdı. Mən cənazələr arasında Şəmkir rayonunun Kür qəsəbəsindən olan əsgərimiz Elçin Bağırovu görəndə daha çox kədərləndim. Elçin uşaq ikən hər iki valideynlərini itirmişdi, səmimiyyəti, mədəniyyəti, cəsarəti ilə hamının hörmətini qazanmışdı. O, valideynləri ilə birlikdə Qərbi Azərbaycan torpaqlarından didərgin düşərək müvəqqəti olaraq Kür qəsəbəsində yerləşmişdilər. Onu da qeyd edim ki, Elçin həm də nişanlı idi. Deyirdi ki, müharibə qurtaran kimi toyum olacaq. Sizi də toyuma dəvət edəcəm. Sabiq briqada komandiri, general-leytenant Heydər Piriyev və Füzuli rayon Ä°cra Hakimiyyətinin sabiq başçısı Nofəl Qasımov (oğlu, şəhid baş leytenant Səid Rəşidzadə 2020-ci ilin oktyabrında Hadrut qəsəbəsinin düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Allah şəhid qardaşımıza rəhmət eləsin!) da şəhidlərimizlə vida mərasimində iştirak edirdi.

3-cü bölüyün feldşeri Zülfi mənə yaxınlaşıb əsgər Elçin Bağırovun cənazəsini göstərib hüznlü şəkildə dedi: “Heç bilirsiz nə olub?” Mən dedim: Nə olub? O, danışmağa başladı. Bu gün səhər “qalx” komandasından sonra əsgər Elçin Bağırov mənə yaxınlaşıb dedi ki, “Zülfi əmi, səhərə yaxın maraqlı bir yuxu görmüşəm”. Mən ondan soruşdum ki, nə görmüsən? Elçin dedi ki, “Yuxuda gördüm ki, Aşağı Veysəlli kənd orta məktəbinin qarşısında bütün əsgər yoldaşlarım və komandirlərim mənə toy edirdilər. Gördüm ki, valideynlərim də yanımdadır. Hamı məni təbrik edir, xeyir- dua verirdi. Mən ətrafıma baxıb fıkiləşdim ki, yaxşı bunlar məni hansı qızla evləndirirlər və o qız kimdir, haradadır? Mən yanımdakı adamlardan və əsgər yoldaşlarımdan soruşdum. Bəs mənim gəlinim hanı? O kimdir? Heç kim mənə cavab vermir və qarma-qarışıq şəkildə rəqs edirdilər. Mən bir də ətrafıma baxdım, görüm mənimlə toyu olan qız kimdir. Bu zaman məktəbin damındakı bacadan ağ gəlinlik duvağında bir qızın mənə baxaraq gülümsəyə-gülümsəyə əl etdiyini gördüm. Mən onu çağıraraq, sən orada nə edirsən, gəl yanıma dedim. Lakin o, ağ duvaqlı gəlinlik geyimində olan qız, sanki nə məni görür nə də eşidirdi. O, gülə-gülə mənə əl edir və məni yanına çağırırdı. Sonra o, məktəbin damındakı bacanın qapısını örtərək yox oldu. Bu zaman mən yuxudan oyandım, gördüm ki, qan-tər içindəyəm. Bu yuxunun mənası nədir?” Mən ona dedim ki, “Allah xeyirə calasın, toy, şənlik görmüsən. Yaxşı olar.”

Zülfi: Elçin yuxusunu mənə danışdıqdan təqribən 40-45 dəqiqə sonra ermənilər qəflətən hücuma keçdilər. Elçin döyüşdə həlak oldu.

Feldşer Zülfünün bu söhbətindən sonra sanki damarlarımda qanım dondu. Uşaqlıqdan həmişə eşidərdim ki, yuxu tərsinə yozular. Ancaq onun belə reallığa çevrildiyini görməmişdim.

Əsgər öz Vətəni, torpağı uğrunda döyüşdə düşmənə qarşı mübarizə apararkən o, yalnız bir şeyi düşünür. Vətəni, torpağı qorumaq, müdafiə etmək, düşmənə bir addım da olsun irəli keçməyə imkan verməmək. Həmin anda əsgərin gözü önündə onun şəxsi arzuları yox, yalnız milli dövlətçilik maraqları dayanır. Çünki hər şey torpağın üzərindədir. Ä°lk növbədə, bizim arzularımız, istəklərimiz, millətimiz, dövlətimiz, ata-babalarımızın qəbri, ana-bacılarımızın namusu, elmimiz, mədəniyyətimiz, incəsənətimiz, bir sözlə, nəyimiz varsa, hamısı bu torpağın üzərindədir. Əgər, bu torpaq varsa, yuxarıda sadaladığımız hər şey bizimdir, bizimlədir və bizimlə olacaq. Yox, əgər torpaq düşmən əlinə keçərsə, dediklərimizin heç birisi nə bizim olacaq, nə də bizimlə olacaq. Torpağı və Vətəni olmayan insan necə yaşaya bilər? Əgər millətin dövləti yoxdursa, o millətin qüruru olmayacaq. Millətin öndə gedən, uzaqgörən, onu ətrafına toplayaraq arxasınca aparmağa qadir olan müdrik rəhbəri yoxdursa, o millət məhvə məhkumdur!

44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab Ä°lham Əliyevin apardığı mərd, müdrik, cəsarətli, uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı bütün dünyaya öz qüdrətini və gücünü göstərdi, işğalda olan torpaqlarımızın yağı düşməndən azad edilməsini təmin etdi.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızı bütün bəlalardan xilas etdi. 1993-1994-cü illərdə Qarabağ cəbhəsində gedən qanlı döyüşlərdə düşmən hücumlarının qarşısının qətiyyətlə alnaraq dayandırılması və döyüş cəbhəsində dönüş xəttinin yaradılması məhz böyük rəhbərimizin adı ilə bağlıdır.

1994-cü ilin yanvarın 4-dən 5-nə keçən gecə hücuma keçərək işğalı daha da genişləndirib yeni ərazilər əldə etməklə ölkənin içərilərinə doğru irəliləməyə cəhd göstərən azğın düşmənin niyyəti əvvəlcədən bəlli oldu. Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Ümummilli liderimiz, Heydər Əliyev düşmənə layiqli cavab verilməsi haqqında Azərbaycan Silahlı Qüvvələrinə əmr verdi. Həmin gün düşmənin hazırlamış olduğu döyüş niyyəti pozuldu. Belə ki, Azərbaycan Ordusunun Füzuli rayonu ərazisində yerləşən bölmələri əks-hücuma keçərək BEYLƏQAN-XOCAVƏND, ƏHMƏDBƏYLI-HORADIZ  istiqamətində yerləşən düşmən bölmələrini bir neçə saatın ərzində darmadağın edərək inamla irəliləməyə başladı.

Qoşunlarımız cəbhənin şimal cinahında Nərgiztəpə yüksəkliyi uğrunda döyüşləri davam etdirərək düşmənə taktiki uğursuzluq  yaşatdı  və   ordumuz  cənub cinahdan hücuma  keçərək  Horadiz şəhəri və xeyli yaşayış məntəqələrini  düşməndən təmizləndi. Bu uğurlu döyüş əməliyyatının nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yarandı. Qarabağda gedən müharibələrin tarixində ilk dəfə idi ki, hərbi  hissə komandiri  ÅŸÉ™xsi heyət ilə birgə  döyüşlərdə şücaət göstərdiyinə görə polkovnik-leytenant Şair Ramaldanov  polkovnik hərbi rütbəsi ilə mükafatlandırıldı. Həmin döyüşdə  xüsusi  fəallıq göstərmiş -General-mayor Kənan Seyidov, mərhum polkovnik Vahid Osmanov, polkovnik Nizami Mirzəməmmədov, polkovnik-leytenant Ələsgər Vəliyev, polkovnik-leytenant Taryel Qəhrəmanov, şəhid polkovnik-leytenant Elxan Bağırov, şəhid kapitan Elxan Zülfüqarov, baş leytenant Rafiz Kərimov, kapitan Vüqar Paşayev, kapitan Ä°lham Ağalarov, kapitan Oruc Quliyev, leytenant Adil Balaşov, baş çavuş Vidadi Əhmədov,  baş çavuş  Vahid Balakişiyev və digərləri silahdaşlarına  gerçək nümunə idilər.  Aparılan bu uğurlu, geniş miqyaslı döyüş əməliyyatında 16 nəfər hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.

Xarici dövlətlərdə Azərbaycana qarşı inam və etibar daha da gücləndi. Dünyanın ən böyük dövlətləri ilə iqtisadi müqavilələr bağlandı.

Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində orduda həyati vacib olan tədbirlər həyata keçirildi və ordumuz gücləndirildi.

Yaxşı yadımdadır, o ağır və çətin günlərdə ümummilli liderimiz Füzuli rayonu ərazisindəki ön xəttə gəlmişdi. O, həmin dövrdə avtomat silahı götürüb səngərə girməklə böyük bir lider kimi hamıya nümunə göstərdi ki, hər bir azərbaycanlı bu ağır gündə əlinə silah alıb Vətənin müdafiəsinə qalxmalıdır. Həmin vaxt əsgərlərlə görüşündə ulu öndər Heydər Əliyev belə dedi: “Əziz döyüşçülər, bizim yeganə yolumuz odur ki, səngərlərdə möhkəm dayanaraq torpaqlarımızı müdafiə edək, düşmənin hər bir hücumuna layiqli cavab verək.” Bu müdrik kəlam hər bir əsgərdə böyük ruh yüksəkliyi və Vətənə məhəbbət hissini daha da gücləndirdi. Nəticədə Azərbaycan əsgərinin qürur və dəyanətini görən düşmən öz layiqli cavabını alaraq geri çəkilməyə məcbur edildi.

19 sentyabr, 24 saat. Yəqin ki, təsadüfi deyil burada 4 rəqəmi! Antiterror tədbirləri... Həmin günü aparılmış antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xalqımız Müzəffər Ali Baş Komandan cənab Ä°lham Əliyevin rəhbərliyi altında düşmən üzərində tam və qəti qələbə qazandı. Ölkə Başçımız böyük qürur hissi ilə Qarabağın mərkəzi Xankəndi şəhərində, Xocalıda, Əsgəranda, Xocavənddə və digər ərazilərdə üçrəngli Azərbaycan bayrağını daha da ucaltdı. 

Bu bəxtiyar və şanlı günlər elə-belə əldə olunmayıb. 1988-ci ildən başlayan, torpaqlarımız işğaldan azad olunana qədər gedən qanlı döyüşlərdə Azərbaycanın bütün bölgələri olduğu kimi, Füzuli rayonu da yüzlərlə şəhid verib. Döyüşlərdə xüsusi qəhrəmanlıq nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanları mayor Rasim Ä°brahimov, kapitan Elxan Zülfüqarov, baş leytenant Pəhlivan Fərzəliyev, Faiq Rəfiyev, baş leytenant Səid Rəşidzadə, baş çavuş Seymur Məmmədov, çavuş Bəşir Kərimov, Vətən uğrunda canını fəda edən oğullarımız  polkovnik- leytenant   Sənan  Axundov, Elxan Yusifov, Yavər Ä°sgəndərov, Şükürov Famiz, Bakir Quliyev, Rafiq Cəfərov, Abasəd Muradov, Büsat Qurbanov, Yaşar Sadıqov, Elxan Əliyev, Gülalı Əliyev, Mayıs Əsədov, Əli Hüseynov, Ərzanalı Ərzanalıyev, Əli Abbasov, Ernest Hüseynov, Ä°lyas Sultanov, Əli Cavadov, Sərvan Heydərov, Tərlan Əliyev, Nizami Əmirov, Nazim Quliyev, Mahir Mikayılov, Marks Hacıyev, Azər Əhmədov, Şikar Əhmədov, Bəxtiyar Əzimov, Aydın Gülüşov, Azad Əliyev, Alim Məmmədov, Səfa Məmmədov, Qürbət Məmmədov, Muğan Əliyev, Ziyad Muradov, Ceyhun Nüsrətli, Elsəfa Əliyev, Tural Qubatov, Məzahir Göyüşov, Nicad Hacıyev, Elmir Ağayev, Sənan Hüseynov, Elnur Cəfərov, Məhəmmədəli Ä°brahimov, Fərid Misirli, Şamil Əliyev, Fikrət Məmmədov, eləcə də digər neçə-neçə igid oğullarımız Qarabağın müdafiəsi və düşmənlərdənazad edilməsi uğrunda Birinci və Ä°kinci Qarabağ müharibəsində, eləcə də 19 sentyabr 2023-cü il tarixində aparılan antiterror tədbirlərində Vətən uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar.
Bu gün xalqımız 8 noyabr - “Zəfər” gününü sevə-sevə qeyd edir.

Zəfərin mübarək olsun, əzmkar xalqım!

 Azərbaycan xalqı hər zaman yaratdığı qəhrəmanlıq salnamələri və qəhrəmanları ilə öyünüb, qürur duyub. Buna onun haqqı var. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab Ä°lham Əliyevin komandanlığı ilə düşmən üzərində inamlı qələbə qazanaraq Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyini kaputilyasiya aktını imzalamağa məcbur etdi.

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan !

Silahlı Qüvvələrimizə eşq olsun!

Seçilən
11
adalet.az

1Mənbələr