AZ

Bu gün milli televiziya və radio günüdür

Azərbaycanda hər il noyabrın 6-sı Radio və Televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bakupost.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi keçirilir.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.

İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına «Göstərir Bakı» kəlməsilə başlayıb. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi göstərilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə də teleradio fəaliyyət göstərir. Həmçinin, bu il oktyabrın 21-də Azərbaycan Beynəlxalq Radiosu Qarabağda fəaliyyətə başlayıb, radio noyabrın 1-dən 24 saatlıq yayım rejiminə keçib.

Qeyd edək ki, bu gün ümumrespublika üzrə yerüstü yayımlanan 12 telekanal, 16 radio, 7 regional telekanal və 3 regional radio, Naxçıvanda isə 1 telekanal fəaliyyət göstərir. Ölkədə ümumilikdə 5 televiziya peyk vasitəsilə, 15 telekanal isə elektron platformada (YouTube) yayımlanır.

Bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyirik!

Seçilən
15
17
bakupost.az

10Mənbələr