Ukrayna Silahlı Qüvvələri “A-22 Flying Fox” PUA-sı ilə Dağıstana hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Segey Məlikov teleqram kanalında məlumat yayıb.
Məlumata görə, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri Kaspiysk şəhəri üzərində pilotsuz uçuş aparatını məhv edib.
Hücumla əlaqədar Moskvaya iki, Perm istiqamətində bir təyyarə reysi gecikib.
İtki və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media