İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarıb.
Mia.az xəbər verir ki, hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.