İtaliyanın “Napoli” klubunun futbolçusu Viktor Osimhen üçün Türkiyə təmsilçisi “Qalatasaray”dan istədiyi məbləğ bəlli olub.
Msport.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin idman direktoru Giovanni Manna açıqlama verib.
Funksioner 25 yaşlı hücumçu üçün 75 milyon avro istədiklərini bildirib: “Osimhenlə maraqlanan bir neçə klub var. “Qalatasaray” 75 milyon avro ödəyə bilməsə, onu ala bilməyəcək”.
Qeyd edək ki, oyunçunun Neapol təmsilçisii ilə sözləşməsi 2026-cı ilədək qüvvədədir. O, cari mövsüm Türkiyə çempionunda 7 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.