AZ

Tramp 2020-ci ildə məğlub olduğu ştatda qalib gəlir- 50,7 faizlə irəlidədir

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp 2020-ci il seçkilərində məğlub olduğu Corciya ştatında prezident seçkilərində qalib gəlir.

Azpost.info xəbər verir ki, bu proqnozu CNN, CBS, NBC və bir sıra digər aparıcı ABŞ mediası verib.

CNN-in məlumatına görə, Corciyada bülletenlərin 97 faizi işlənib. Seçicilərin 50,7 faizi Trampa, 48,4 faizi isə Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verib. Bu ştatda qələbə namizədə 16 seçici səs verir (qalib gəlmək üçün lazım olan 270 səsdən).

Səsvermənin rəsmi nəticələri hələ ki, yekunlaşdırılmayıb, lakin medianın hesablamalarına görə, Harrisin Corciyada qalib gəlmək şansı artıq yoxdur.

Beləliklə, CNN qeyd edir ki, indi Tramp qalib gəlmək üçün lazım olan 270 seçici səsindən 246-nın səsinə arxalana bilər. Onun rəqibi 187 səs toplayır.

2020-ci il seçkilərində Tramp bu ştatda Co Baydenə məğlub olmuşdu.

Azpost.info

Seçilən
34
azpost.info

1Mənbələr